Cümə axşamı , 17 Sentyabr 2020
Home » Manşet » Samir Adıgözəlli: Mən hamını ölkə başçısının tövsiyələrinə əməl etməyə çağırıram”.

Samir Adıgözəlli: Mən hamını ölkə başçısının tövsiyələrinə əməl etməyə çağırıram”.

Samir Adıgözəlli: “Belə hallar inzibati xəta olsa da, mahiyyət etibarilə cəmiyyətdə pis effekt verir, dövlətə inamsızlıq yaradır”

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı məsuliyyət hissini itirmiş məmurlardan danışıb:

“Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda, təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrıseçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək.

Görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq…

Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.

Göründüyü kimi, ölkə başçısı bir neçə kateqoriya insana öz mesajını verib. Onların nəzərinə çatdırılıb ki, qanun hamı üçün alidir. Ölkə başçısının bu xəbərdarlığından xitab olunan kateqoriya hansı nəticəni çıxarmalıdır?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin nitqində əsas diqqət göstərdiyi məsələlərdən biri hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşıması oldu. “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır” deyən Prezident bildirdi  ki, belə hallar aşkarlananda, təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyadan olan insanlara tətbiq olunur. Heç bir ayrıseçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Biz son hadisələr zamanı bunun şahidi olduq. Qaydanı pozanların hamısına qarşı bu addımlar atıldı. Kimin qohumu olması, maddi imkanı nəzərə alınmadan bu cəzalar verildi və cəmiyyətə nümayiş olundu. Ölkə başçısı belə xəbərdarlıqları tez-tez edir. Təəssüflər olsun ki, bəziləri bunu tez undur və cəzalarını da alırlar. Ölkədəki antikorrupsiya tədbirlərinə fikir verin. Hamı qanun qarşısında bərabər şəkildə cəzalandırılır. Sənin keçmişdə hansısa xidmətin olubsa, bu o demək deyil ki, başqalarının gözü qarşısında qanunu poza bilərsən. Belə hallar  inzibati xəta olsa da, mahiyyət etibarı ilə cəmiyyətdə pis effekt verir, dövlətə inamsızlıq yaradır. Bu mesajdan yalnız keçmiş məmurlar deyil, həm də yeni vəzifəyə təyin edilənlər nəticə çıxarmalıdır. Həmçinin, cəmiyyətin özü də belə proseslərdə fəal olmalıdır. Artıq köhnə steriotiplər dağlıb. Kimsə özünü toxunulmaz saya bilməz. Karantin rejiminin qaydaları həm özümüz, həm dövlətimiz üçün vacibdir. Bir tərəfdən bu qaydalara riayət etməklə öz sağlamlığımızı təmin ediriksə, digər tərəfdən, yoluxma hallarının azalması fonunda karantin rejiminin yumşaldılmasına, eyni zamanda, əvvəlki həyata qayıdıb postpandemiya dövrü üçün inkişaf modelinin hazırlanmasına dəstək oluruq. Mən hamını  ölkə başçısının tövsiyələrinə əməl etməyə çağırıram”.

Əminliklə demək olar  ki, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq.

Məhəmmədəli QƏRİBLİ

Check Also

İqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsilə təmin olunmasıdır.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə …