Cümə , 13 Fevral 2026
Drone Cameras

“Semaşko”nun direktoru vəzifədən getdi – Yeni təyinat

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Check Also

Çörək bahalaşır: “Baton” və supermarket çörəklərinin qiyməti artıb

Bakıda və bölgələrdə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Yerli medianın yazdığına görə, xüsusilə “baton” çörəklərinin …