Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Serbiyanın Baş naziri Rusiyadan kömək istəyib

Serbiyanın Baş naziri vəzifəsini icra edən Miloş Vuçeviç Rusiyanın Baş naziri Mixail Mişustinə rəsmi məktub göndərərək ondan 15 mart mitinqin şəraitinin araşdırılmasına rusiyalı mütəxəssisləri cəlb etməyi xahiş edib.

Boyukmillet.com xəbər verir ki, Vuçeviç bu barədə “X” sosial şəbəkəsində paylaşıb edib.

O, müraciətin Serbiya Prezidenti Aleksandr Vuçiçlə razılaşdırıldığını vurğulayıb.

Vuçeviç Rusiyadan strateji tərəfdaş kimi hüquq-mühafizə orqanlarının etirazçılara qarşı səs topundan istifadə etmələri ilə bağlı ittihamlarla bağlı həqiqəti müəyyən etmək üçün ekspertlər təqdim etməyi xahiş edib.

Onun sözlərinə görə, rusiyalı mütəxəssislər hakimiyyəti öldürücü olmayan akustik silahlardan istifadə etməkdə ittiham edən müxalifətin yaydığı məlumatların qəsdən təhrif edilməsini təkzib etməyə kömək edəcək.

Serbiya rəsmisi iki ölkə arasında tarixi bağlılığı vurğulayaraq qeyd edib ki, rəsmi Belqrad öz suverenliyinə güclü zərbələrlə üzləşib və Moskvanın dəstəyi milli maraqların qorunması üçün çox vacibdir.

Check Also

Zelenski Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ arasında yeni danışıqların keçiriləcəyini açıqlayıb

Görüş aprelin 23-də Londonda baş tutacaq Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna, Böyük Britaniya, …