Çərşənbə axşamı , 31 Mart 2020
Home » Cəmiyyət » Seymur Ələsgərov Gəncənin Şəhidlər Xiyabanında dəfn edildi

Seymur Ələsgərov Gəncənin Şəhidlər Xiyabanında dəfn edildi

Boyukmillet.com xəbər verir ki Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak edib. 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin qardaşı Samir Ələsgərova təqdim edilib. Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb. Qeyd edək ki, şəhid Seymur Ələsgərov ailəli idi, onun 9 aylıq oğlu var.

Check Also

Bu gündən Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən …