Şənbə , 2 İyul 2022
Home » Cəmiyyət » Sima Babayeva: Mehriban Qaralova xalqa yox, cibinə xidmət edir

Sima Babayeva: Mehriban Qaralova xalqa yox, cibinə xidmət edir

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında Mehriban Qaralova haqda paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik:

Respublikanın baş prokroru Zakir Qaralov işdən çıxanda Xırdalanda coxları sevindi, elə Azərbaycanda da sevinənlər çox oldu. Amma Xırdalandakılar ona görə sevindilər ki, Zakir Qaralovun qardaşı qızı Mehriban Qaralovadan canları qurtaracaq. O, Mehriban Qaralovadan ki, onun rayonda səhiyyə şöbəsində, xəstəxana müdiri olması ilə rayonun səhiyyəsində qara günlər başlayır və bitməkdə bilmir.

Bu Mehriban Qaralova, o Qaralovadır ki, insanları incidir, rüşvətsiz heç kəsə müalicə almağa imkan vermir. Doğum evində bir qadının doğuş vaxtı həkimlərin səhvi ucbatından ölüm hadisəsi baş verir. Mehriban Qaralova ölüm hadisəsini ört bast edir. Əslən Laçınlı olan qazimizin övladının müəmmalı şəkildə ölümünün üstü hələdə açılmayıb. Yüzlərlə belə hadisələr baş verib.

Xəzər TV-də Lalə Azərtaşın verlişində məlum oldu ki, əkiz doğulmuş evladının birini ondan gizlədərək öz qohumu olan Gürcüstan vətandaşına satmışdı.

Bu Mehriban Qaralova, o Mehriban Qaralovadır ki, Şəhidlərin xatirə günündə qırmızı geyinib nümayişkaranə şəkildə şəhidlər xiyabanına getmişdi. Xalqın, haqlı olaraq şəhidlərin, qazilərin, onların qohumlarının qəzəbinə səbəb olmuşdu.


Bu Mehriban Qaralova, o Qaralovadır ki, kecmiş icra başçısı İradə Gülməmədovaya arxayın olaraq rayonda bildiklərini edib və bu gündə etməkdədir. Heç kəs onun qabağına bir qoz dığırlada bilmir.


Çünki Zakir Qaralov baş prokror olmasa da vaxtı ilə hüquq mühafizə orqanlarına yerləşdirdiyi əl altıları və dövlət strukturlarında çoxlu onun adamlari var, dostları var. Bu qadını yenədə mühafizə edirlər. Özbaşına hərəkətlərinə göz yumurlar belə işlərin, əməllərin davam etdirilməsinə şərait yaradırlar.


Biz başa düşmürük adamlar baş prakror olub çıxırlar, amma yenədə qanunsuzluqlar onların adı ilə bağlanır.
Bu prokrorlar qanunsuz əməllərə cavabdehdilər. Cavabdeh olsalarda, qanunsuz əməllərin mənbəyidilər. Bunlar bu qanunsuz əməllərin qarşısını almaq əvəzinə, onun mənbəyinə çevriliblər. Necə olur bu ölkə əhalisi, xüsusəndə Abşeron camaatı dərk edə bilmirlər ki, Mehriban Qaralova xalqa xidmət yox, cibinə xidmət edir.


Adam oğurluğundan da betər bir cinayət törədib. Yəni belə bir cinayəti, camaatın evladını oğurlayıb özgəsinə satmaq nə deməkdir?


Buna niyə göz yumulur? Hüquq mühafisə orqanları hara baxır?

Sima Babayeva

Check Also

SOCAR-ın İDARƏ RƏİSİ 97 MİN DOLLAR BORCU NİYƏ QAYTARMIR?

Vüqar Haqverdiyev: “Fəxri Haqverdiyev mənə dedi ki, sizin kimi tulaların sözü ilə heç kim məni …