Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Sinan Oğan: “Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu”

“İndi yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər oldu”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan tviterdə bildirib.

“Prezident seçkiləri prosesi başa çatıb. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər.

Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin coşqusundan əl çəkdilər, bizə güvəndilər və böyük ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı bildirmək istəyirəm” – Sinan Oğan vurğulayıb.

Check Also

Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk

Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Boyukmillet.com xəbər verir ki, bu …