Şənbə , 21 Sentyabr 2019
Home » Dünya » Siyəzəndə 17 yaşlı gənc itkin düşüb – FOTO

Siyəzəndə 17 yaşlı gənc itkin düşüb – FOTO

Siyəzəndə 17 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

7 (1).jpeg (189 KB)

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası- İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Check Also

Hakimlər Hacı Əliyevi uduzdurdular, dava düşdü, işə polis qarışdı – VİDEO

Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb. …