Çərşənbə , 26 Fevral 2020
Home » Dünya » Son altı ildə Bakı və Ordubad rayonu abituriyentlərinin ali məktəblərə qəbulolma faizi yüksək olub

Son altı ildə Bakı və Ordubad rayonu abituriyentlərinin ali məktəblərə qəbulolma faizi yüksək olub

Respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri üzrə aparılan statistik araşdırmalar göstərir ki, Ordubad rayonu abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizi daha yüksəkdir. O da qeyd edilməlidir ki, son altı ildə, bir qayda olaraq, Bakı şəhəri və Ordubad rayonu abituriyentlərinin qəbulolma faizi yüksək olub.

Boyukmillet.com NUHÇIXAN  az a istinadenxəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.

Hesabatda bildirilir ki, son illər qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında kənd rayonlarından olan abituriyentlərin sayı artıb. Belə ki, 2011-ci ildə kənd rayonlarından olan abituriyentlərin sayı imtahanda iştirak edən abituriyentlər içərisində 52.76 faiz, qəbul olan abituriyentlər içərisində isə 45.59 faiz idisə, artıq 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 54.67 faiz və 50.05 faizə, 2016-cı ildə 55.51 faiz və 52.13 faizə, 2017-ci ildə 57.13 faiz və 52.67 faizə, 2018-ci ildə 58.18 faiz və 54.15 faizə bərabər olub.

Check Also

Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırdı – VİDEO

Kiyev şəhərində bir kişi etiraz olaraq Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxs …