Şənbə , 18 Yanvar 2020
Home » Dünya » “Soydaş”ın tədbirində Elnur Mustafayev də çıxış edib

“Soydaş”ın tədbirində Elnur Mustafayev də çıxış edib

Dünən “Soydaş” İctimai Birliyinin “Ulu baban kim olub?” layihəsi çərçivəsində nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə ziyalılar Nazim Mustafa, Xıdırnəbi Qaralov, Alim Ömərov, Akif Mustafayev, Eldar Məmmədli, Şahbaz Samioglu, Əmirxan Babaşov, Fuad Çıraqov, Afin Nəzərov, Salman Musayev, Mahmud Bəxtiyarov, Rəşid Hacılar iştirak və çıxış ediblər. Tədbirdə çıxış edənlər “Soydaş” Ictimai Birliyinin fəaliyyətinə uğurlar arzulamış, qurumun gördüyü işləri yüksək qiymətləndirmişlər.

Tədbirdə eyni zamanda 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Elnur Akif oğlu Mustafayev də iştirak etmişdir. Elnur Mustafayev cıxış edərək tərtib edilmiş kitabların çap olunması barədə müzakirələrdə iştirak etdiyini bildirib. Onun sözlərinə görə kitablar Borçalıda yaşayan azərbaycanlıların tarixinin, soykökünün öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elnur Mustafayev bu kitabların çapına dəstək verməyi özünə mənəvi borc bildiyini söyləyib.

Check Also

İSBAM rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət ediblər – FOTOLAR

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı …