Cümə , 12 Avqust 2022
Home » hadisə » Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, ölən var

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, ölən var

Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binada yanğın olub.

Boyukmillet.com xəbər verir ki, hadisə zamanı Qubadlı rayonundan olan məcburi köçkün, 1972-ci il təvəllüdlü Məzahir Nuşirəvan oğlu Əhmədov yanaraq ölüb.

İçki düşkünü olduğu deyilən M.Əhmədovun binanın mansarında yaşadığı və hadisə zamanı yatdığı üçün ölüb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə şəfa sanatoriyasının mansard hissəsində, 15 kvadrat metrdə baş verib.

Check Also

Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Boyukmillet.com xəbər verir …