Çərşənbə , 22 Yanvar 2025
Drone Cameras

Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən planlaşdırılıb

“Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən planlaşdırılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu İranın ali dini lideri Xamenei bildirib .

Onun sözlərinə görə, İranda buna dair sübut var: “Şübhə olmamalıdır ki, Suriyada baş verənlər amerikalılar və sionistlər arasında ortaq plandır”.

O, həmçinin əlavə edib ki, “Suriyaya qonşu olan bir ölkə” də bu hadisədə rol oynayıb, lakin əsas sui-qəsdçilər ABŞ və İsraildir.

Qeyd edək ki, dekabrın 8-də Suriya müxalifəti Dəməşqə nəzarəti ələ keçirib.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd isə postunu tərk edərək ölkədən Moskvaya uçub.

Check Also

Tramp kampaniyası zamanı verdiyi vədləri sürətlə həll edəcəyini deyir

“Baydenin hər bir radikal və axmaq icra sərəncamı andiçməmdən bir neçə saat sonra ləğv ediləcək” …