Bazar , 11 İyun 2023

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün açılışında süni intellekt sənətçisi təqdim edilib

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

Check Also

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur

Azərbaycan Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 10 illiyini qeyd edən “Revelations” Beynəlxalq Sənətkarlıq …