Şənbə , 2 İyul 2022
Home » Manşet » Şuşada beynəlxalq turnir keçiriləcək

Şuşada beynəlxalq turnir keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

Boyukmillet.com-un məlumatına görə, bu barədə AŞF prezidenti, Beynəxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinə açıqlama verib.

O bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində işlərə başlanılıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir.

M.Məmmədovun sözlərinə görə, qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21 – 24 sentyabrda keçiriləcək Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.

Check Also

Şuşa teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək. Boyukmillet.com …