Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Cəmiyyət » Şuşanın loqosunun hazırlanması üçün müsabiqə elan olunub

Şuşanın loqosunun hazırlanması üçün müsabiqə elan olunub

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” loqotip dizaynı müsabiqəsi elan edib.

Boyukmillet.com müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər.

Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdılar.

Müsabiqə şərtləri aşağıdakılardır:

– Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər.

– Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir.

– Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280×960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.

– Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir.

– Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər.

– Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədər [email protected] ünvanına göndərilməlidir.

– Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.

– Qalib loqotip dizaynının müəllifləri “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq

I yer – 3000 AZN,

II yer (laureat) – 2000 AZN,

III yer (laureat) – 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər. Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək.

– Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər.

– Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin yekun dəyişikliklər etmək hüququ vardır.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” müsabiqə iştirakçılarına uğurlar arzu edir!

Check Also

Çempionlar Turu: Azərbaycan şahmatçıları final mərhələsində mübarizəyə başlayır

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi …