Cümə axşamı , 7 İyul 2022
Home » Energetika » Təbriz Əmmayev: “Qarabağda geotermal enerjidən istifadə edilə bilər”

Təbriz Əmmayev: “Qarabağda geotermal enerjidən istifadə edilə bilər”

Növbəti illərdə azad edilmiş ərazilərdə əhalinin məskunlaşması fonunda artan enerji tələbatını qarşılamaq üçün geotermal enerjidən istifadə nəzərdən keçirilir.

Bunu “Report”a müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev bildirib.

Onun sözlərinə görə, növbəti illərdə artıq əhalinin məskunlaşması fonunda artan enerji tələbatını qarşılamaqdan ötrü günəş, külək, hidroenerji potensialına əlavə olaraq geotermal enerjisindən istifadənin nəzərdən keçirilməsi üçün müvafiq araşdırmalar aparılır:

“Bilirsiniz ki, BP şirkəti ilə Qarabağda 240 meqavatt gücündə külək elerktrik stansiyasının tikintisi üzrə müqavilə imzalanıb. İcra müqaviləsi çərçivəsində müvafiq təhlillər davam etdirilir, hesablamalar aparılır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə orada sənaye həcmli külək və günəş stansiyalarının tikintisi üzrə də əməkdaşlığa başlanıb. Yaxın gələcəkdə də bu istiqamətdə növbəti addımlara dair qərarların qəbulu məsələsinə baxılacaq”.

T.Əmmayev bildirib ki, digər nəhəng enerji şirkətlərində də bu maraq görünür: “Gələcəkdə başqa layihələr də həyata keçirilə bilər. Hidrostansiyaların artıq 4-ü bərpa olunub, ərazinin təmizləmə işləri görülüb. Cari ildə 5 kiçik su elektrik stansiyasının bərpası nəzərdə tutulur. Növbəti illərdə özəl sektorun iştirakı ilə daha böyük sayda hidroelektrik stansiyalarının bərpasi nəzərimizdədir”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Check Also

Azərbaycan qazını Bolqarıstana nəql edən boru kəmərinin istismarına başlanılır

Azərbaycan təbii qazını Bolqarıstana nəql edilməsi üçün nəzərdə tutulan və tikintisi uzun müddət ləngiyən Yunanıstan …