Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Siyasət » “Təxribatlar bir daha göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir”

“Təxribatlar bir daha göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir”

“Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub.

Bu ölkənin destruktiv mövqeyi Qafqaz regionunda sülhün və sabitliyin qarşısında dayanan ən böyük maneədir. 44 günlük Vətən müharibəsindən ötən iki il ərzində Ermənistan tərəfi öz imzasına hörmət etmək əvəzinə, hər vəchlə bölgədə ağır təxribatlar törədib və hər dəfə layiqli cavabını alıb. Ermənistanın revanşist, destruktiv münasibətinə baxmayaraq, Azərbaycan sülhpərvər, humanist mövqe nümayiş etdirməyə davam edir və ermənilər üçün dəhlizi açıq saxlayıb. Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan danışıqlar prosesindən yayınmağa cəhd edib. Siyasi addımların uğur qazanmadığını görən Ermənistan Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimizi intensiv atəşə tutub, sülh prosesinə belə mane olmağa çalışıb. Buna da nail olmadıqda sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribat həyata keçiribSıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir

Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova bildirib ki,Erməni siyasətinin hiyləgərliyi açıq-aşkar göz qabağındadır.13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb. Əlbəttə bu təxribatlar Ermənistanın iç üzünü, məkrli siyasətini ortaya çıxarmaqdan başqa bir məsqədə çata bilməz. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəto göz qabağındadır.

Obyektiv siyasi həqiqət ondan ibarətdir ki, Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Bununla yanaşı,Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. 13 sentyabr tarixində baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.

Deputat açıqlamasında güc amilinin öz aktuallığını qoruyub saxladığına xüsusilə diqqət çəkib.Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.

13 sentyabr təxribatları ölkəmizdə mövcud siyasi sabitliyin,Xalq-dövlət birliyinin nə qədər güclü olduğunu göstərdi. Xalqımız Vətən müharibəsində olduğu kimi, Ordu və Dövlətlə birləşib “Dəmir Yumruq” oldu. Xalqımız şəhidlərini sonsuz bir qürurla qəbul etdi.

13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini bir daha sübut etdi. Azərbaycan xalqı göstərdi ki, kim bu sabitliyi, birliyi pozmağa,həmrətliyimizə xələl gətirməyə çalışsa dəmir yumruğun gücünü görəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.

Check Also

Samir Adıgözəlli:”Rusiyanın istənilən qonşu ölkədə kifayət qədər agentura şəbəkəsi var. “

 “Hazırda Risiyanın xüsusi xidmət orqanlarının fəaliyyətinə daha çox ölkənin daxilində ehtiyac var, nəinki xaricdə” Rusiya …