Çərşənbə , 12 Fevral 2025
Drone Cameras

TADEF başqanı Fuad Muradovu Kocaelinə dəvət etdi.

     Türkiyə-Azərbaycan dərnəklər federasiyasının (TADEF) başkanı Bilal Dündar Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dəvət məktubu göndərib. Bu haqqda boyukmillet.com-a Bilal Dündar özü məlumat verib. O, məktubunda 17-18 oktyabr 2019-cu il tarixlərində Kocaeli şəhərində İmadəddin Nəsiminin 650 illiyi və Azərbaycan dövlət müstəqilliyinin 28-ci il dönümü münasibəti ilə keçiriləcək tədbirlərdə komitə sədri Fuad Muradovun da iştirakını arzu etdiklərini bildirib. Qeyd edək ki, 17-18 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarının  Dövlət  Dəstəyi Şurasının Dəstəyi, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi və TADEF-in birgə təşkilatçılığı ilə Kocaeli şəhərində silsilə tədbirlər keçiriləcəkdir.

Check Also

Nazir: Müəllimlərin sayı azalacaq, hər bir müəllimin dərs saatı artacaq

Emin Əmrullayev: Bir müəllimə düşən şagird sayı da artacaq Azərbaycanda son iki ildə 1300 müəllim …