Çərşənbə axşamı , 18 Fevral 2020
Home » Dünya » Tanınmış alim 62 saylı Saatlı seçki dairəsinin namizədidir-Daha ətraflı tanıyaq

Tanınmış alim 62 saylı Saatlı seçki dairəsinin namizədidir-Daha ətraflı tanıyaq

Tanınmış tədqiqatçı,filologiya elmləri namizədi,dosent, Əziz Yusif oğlu Ələkbərli ( Ələkbərov ) fevral ayının 9- da baş tutacaq növbədənkənar parlament seçkilərində iştiak etmək üçün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 62 saylı Saatlı seçki dairəsindən namizədliyi irəli sürülüb.

Analoq.az Əziz Ələkbərliyə parlament seçkilərində uğurlar diləyir.

Əziz Yusif oğlu Ələkbərov 1960-cı il oktyabrın 5-də Azərbaycanın tarixi ərazisi olan İrəvan çuxurunda, Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 

1977-ci ildə Qaralar kənd orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsini bitirmişdir. 

1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmiş, eyni zamanda Qax rayon “Gürmük nəğmələri” Ədəbi Birliyinin sədri olmuş, Qaxın tarixinə, abidələrinə, folkloruna dair tədqiqatlar aparmışdır.

1987-ci ildə təyinat müddətini bitirib, doğma kəndinə qayıtsa da, az sonra başlayan Qarabağ hadisələri nəticəsində 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır.

1988-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamış, 1992-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində çalışmışdır.

2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmiş və hazırda həmin institutun “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi, dosentdir. Folklorda tarixilik məsələlərinə dair doktorluq dissertasiyasını tamamlamış və müdafiəyə təqdim etmişdir.

Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.

Əziz Ələkbərli 1991-1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini, baş redaktor vəzifələrində işləmişdir. “Ana Vətən” və “Ağrıdağ” qəzetlərinin baş redaktoru olmuşdur. 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və Azərbaycan KİVİHİ-nin “Qızıl qələm” mükafatı laureatıdır. Həmçinin bir sıra media mükafatlarına layiq görülmüşdür.

Əziz Ələkbərli 500-dən çox elmi və publisistik məqalənin, Azərbaycanda və xaricdə 6 dildə – Azərbaycan, türk, rus, ingilis, fransız və alman dillərində nəşr olunmuş 46 kitabın müəllifidir. 

Əziz Ələkbərli eyni zamanda:

– Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən biri, Gürcüstan və Ermənistan üzrə Azərbaycan toponimlərinə və abidələrinə dair oçerklərinin müəllifidir.

– Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – müstəqil “Ağrıdağ” nəşriyyatının yaradıcısı və direktorudur.

– “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun üzvüdür.

– Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi, Azərbaycan İcmasının sədridir.

Ailəlidir, üç övladı var

Check Also

BDU-nun yeni mətbuat katibi o oldu – Foto

Bakı Dövlət Universitetinə (BDU) yeni sözçü təyin olunub. Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq …