Çərşənbə , 30 Sentyabr 2020
Home » Cəmiyyət » Tanınmış televiziya aparıcısından Möhsüm Aslanova dəstək

Tanınmış televiziya aparıcısından Möhsüm Aslanova dəstək

Eldə bir məsəl var: Dostunu göstər, kim olduğunu deyim. Azərbaycan Dövlət Televiziyasının tanınmış siması Rafiq Həşimov 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanovu belə tanıyır. Siz də bir daha bu dağlar oğlu, türk oğlunu tanıyın, səsinizi ona vern ki, səiniz eşidilsin!!!

Mən Möhsün Aslanovu 1991-ci ildən tanıyıram.
Biz BDU-nun jurnalistika fakültəsində bir qrupda təhsil almışıq.
Möhsün tələbəlik illərində olduğu kimi bu günədək özünün peşəkar və insani cəhətləri ilə həmişə məndə fəxr hissi oyadıb.
Əgər onun insani və peşə keyfiyyətlərini qeyd etməli olsaq, bu cəhətləri səmimiyyətlə sadalamaq olar:
–Möhsün Aslanov harada olmasından asılı olmayaraq həmişə dərin köklərlə elinə-obasına, Vətəninə bağlı və Onun təəssübünü çəkəndir;
–Möhsün daim öz üzərində işləyən və günü-gündən inkişaf edərək püxtələşmiş bir jurnalistdir;
–Möhsün Aslanov dövləti, dövlətçiliyi, ictimai maraqları öz mənafeyindən daim uca tutan bir vətəndaşdır;
–Möhsün Aslanov dünyada gedən ictimai-siyasi prosesləri dərindən analiz edib düzgün qənaətlərə gəlməyi bacaran dərin bilikli bir profesionaldır.
–Möhsün Aslanov yaşının bu yarım əsrlik çağındakı mənəvi-peşəkar təcrübəyə söykənən qabiliyyətləri ilə, sanıram ki, öz seçicilərinin rəğbətinə və səsinə layiqdir.

Check Also

Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən …