Cümə axşamı , 7 İyul 2022
Home » İKT » “TEKNOFEST Azərbaycan”ın proqramına dəyişiklik edilib

“TEKNOFEST Azərbaycan”ın proqramına dəyişiklik edilib

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Check Also

Azərbaycanla Türkiyə arasında “ağıllı” nəqliyyat sistemləri üzrə təcrübə mübadiləsi aparılacaq

Bakıda nəqliyyat və rabitə üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun birinci iclası keçirilib. Azərbaycan Respublikası rəqəmsal inkişaf …