Salı , 3 Aralık 2024
Drone Cameras

Azerbaycan’dan gelen sorular Türkiye ‘den cevaplar

Azerbaycanlı gazeteci Vusal Tagıbeyli “Hafta içi” ve Hafta.az haber sitesinin jepolitika yazarı olduğunu söyleyerek;

Efendim biliyorsunuz sayın Erdoğan Azerbaycan’da, Şuşa’da oldu.

Size birkaç soru yazarsan yanıtlayabilir misiniz?

Lütfen bizi kırmayınız diyerek sorularını iletiler.

Sorular ve verilen cevapları Azerbaycan’da birçok yerde de yayınlandı. Bu soru-cevabı siz okurlarımız ile paylaşıyorum.

“Şuşa Bəyannaməsi strateji müttəfiqlikdən daha yüksək məna daşıyır”

Bilal Dündar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Zirvə toplantısından həmən sonra Azərbaycana – birbaşa Şuşaya rəsmi səfər eləməsi, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən məhz bu tarixi şəhərdə qarşılanması, nəhayət, xalqımız üçün Qars Müqaviləsi qədər əhəmiyyətli olan Şuşa Bəyannaməsinin imzalanması dünya mətbuatının gündəmində yerini qorumaqdadır. Ölkələrimiz arasında imzalanmış müttəfiqlik sazişi göstərir ki, bundan sonra ölkələrimizdən hər hansına xaricdən təhlükə yaranarsa, o zaman birlikdə müdafiə olunacaqlar – ordularımız birlikdə hərəkət edəcək. Üstəlik, Türkiyə Şuşada konsulluq da açır və sair. Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, prezident İlham Əliyev tərəfindən məhz orada rəsmi qarşılanması nədən xəbər verir? Suallarımıza cavab almaq üçün Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarla söhbətləşdik

– Prezident Rəcəb Tayyib Ərdoğanın NATO-nun Zirvə toplantısından həmən sonra geniş nümayəndə heyəti ilə birlikdə Azərbaycanın tarixi şəhəri Şuşaya rəsmi səfər etməsinin özəl mənası var. Prezident Ərdoğan bununla dünya ictimaiyyətinə qəti şəkildə “Bir millət, iki dövlət”in hər zaman, hər yerdə birlikdə olacağını bəyan etdi. İki qardaş liderin səmimi şəkildə qucaqlaşması isə türk dünyasına birlikdə olmaq üçün həm dəvət, həm də təşviqdir.

– Birgə Şuşa Bəyannaməsi imzalandı. Sözün əsl mənasında müttəfiqlik bəyannaməsi olan sənəddə, xüsusilə, hərbi müttəfiqlik rəsmiləşdirilib. Bu bəndə əsasən ölkələrdən birinə təhlükə olarsa digəri onun uğrunda açıq döyüşə girməyi nəzərdə tuturmu?

– Şuşa Bəyannaməsi strateji müttəfiqlikdən daha yüksək məna daşıyır. Fikir verin: ermənilər və himayədarları Azərbaycan torpaqlarını işğal edərkən Naxçıvan ərazisinə ayaq basa bilmədilər. Səbəbi isə o idi ki, Naxçıvanın təhlükəsizliyinə Türkiyə təminat verir. Yəni bu ərazilərə müdaxilə etdikləri halda Türkiyənin birbaşa müharibəyə girəcəyini bilirdilər. Necə ki, Türkiyə Şimali Kiprdə təminatçı statusundadır. Vaxtilə türk ordusu adaya müdaxilə edərək Makariosun ENOSİS planını pozub, həm də Kıprıs türklərini qırğınlardan qurtarmışdı. Şuşa Bəyannaməsi, ermənilər və ya başqa bir güc Qarabağa hərbi təcavüz edərsə, oranın müdafiə olunması üçün Türkiyəyə birbaşa hərbi müdaxilə haqqı verir, onun üzərinə təminatçı məsuliyyəti qoyur.

– Zəngəzur dəhlizi məsələsi də sənəddə əksini tapır. Ermənilər dəhliz məsələsində nala-mıxa vururlar, amma Şuşa Bəyannaməsi onu sənədləşdirir. Necə görürsünüz bu məsələnin sonunu?

– 44 gün sürən Vətən müharibəsində ağır məğlubiyyətlə üzləşən Paşinyan, yəni Ermənistan Zəngəzur dəhlizinin açılmasını üçün üzərinə öhdəlik götürüb. Odur ki, bunu mütləq həyata keçirməlidir. Özü də bu öhdəliyi Putinin iştirakı və şahidliyi ilə götürüb. Əlbəttə, ermənilər bu öhdəliyi yerinə yetirmək istəməyəcəklər. Odur ki, Azərbaycan və Türkiyə güzəştə getmədən mövqelərində israr etməlidirlər. Döyüş meydanında qazanılanları danışıqlar masasında itirmək olmaz.

– Prezident Ərdoğanın Şuşaya səfəri, orada imzalanan tarixi sənədlər sizcə seçki ərəfəsində olan Ermənistanda, eləcə də Qafqazın uzun illər tək nəzarətçisi olmuş Rusiyada necə reaksiya oyada bilər?

– Beynəlxalq müstəvidə Rusiya çox sıxıntılı günlərini yaşayır. Bu gün Rusiyanın mövqeyinin əvvəlki illərlə müqayisədə çox da güclü olmadığını görürük. Erməni dövlətini hər sahədə qoruyan və təsir altına salmağa çalışan ölkələrə qarşı Ermənistanı itirmək istəməz. Amma Azərbaycanın yürütdüyü taraz və həssas siyasət, eləcə də Türkiyənin açıq şəkildə maddi və mənəvi müstəvidə Azərbaycanın yanında olması, Ankaranın Rusiyadan raket alması kimi amillər də Putini diqqətli siyasət yürütməyə məcbur edir. Şans Azərbaycanın lehinə görünür.

– Ermənistanı himaye edən xarici ölkələrə necə təsir edəcək Şuşa görüşü? Məsələn, 44 günlük Vətən savaşı zamanı Yunanıstan Ermənistana dəstək verəcəyini söylədi, Minsk Qrupu həmsədri olan Fransa ard-arda Ermənistanı dəstəkləyən açıqlamalar verdi, Fransa senatı Qarabağı tanımaq haqda hökumətə müraciət etdi və sair…

– Yunanıstan, Fransa başda olmaqla bir çox dövlətlərin Ermənistana destek verdiklərini hər kəs bilir. Amma hər şey də elə bu qədərdir. O ölkələrin heç biri Ermənistandan ötrü döyüşə girməz və girməyəcək də. Bu ölkələr quru hədə-qorxu və şantajlarla hər zaman çıxış edirlər və gələcəkdə də edəcəklər. Çünki maraq və mənfəətləri bu müstəvidədir.

– Ermənilərin xarici himayədarlarından söz düşmüşkən, Rusiyanın mövqeyini necə qiymətləndirərsiniz? Ermənistan defakto Rusiyanın sıradan bir əyalətidir, üstəlik Qarabağa da ordusunu yerləşdirib. Sizcə Şuşada baş tutan görüşlə bağlı Rusiya, Türkiyə və Azərbaycan arasında əvvəlcədən hər hansı danşıqlar gedə, razılaşma əldə oluna bilərdimi?

– Yuxarıda qismən dediyim kimi, Rusiya “nə şiş yansın, nə də kabab” düşüncəsinə uyğun siyasət yürüdür. 30 il öncə Azərbaycan torpaqları məhz Rusiyanın birbaşa dəstəyi ilə işğal edilmişdi. Bu tarixi gerçəkliyi unutmamalıyıq. Amma körpünün altından çox sular axdı. Dünənin şərtlərindən fərqli nöqtədəyik. Türkiyənin Qarabağda təminatçı ölkə sifətilə Bəyannamə imzalaması Rusiyanın əlini zəiflədərək, onu iki dəfə düşünərək qərar verməyə məcbur edəcək. Çox diqqətli davranaraq, hədəfə tam çatmaq üçün düzgün və qərarlı siyasətləri birlikdə yürütmək məcburiyyətindəyik.

Check Also

Çamlıca Kulesi’nden İstanbul’a 360 Derece Kuş Bakışı

İstanbul’un simgeleri arasında yerini alan Çamlıca kulesi eşsiz manzarası ile 29 Ekim Cumhuriyet bayramı’na özel …

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir