Bazar ertəsi , 6 İyul 2020
Home » İdman » “Trabzonspor” Türkiyə kubokunun final mərhələsinə yüksəlib

“Trabzonspor” Türkiyə kubokunun final mərhələsinə yüksəlib

İyunun 16-da futbol üzrə Türkiyə kubokunun ilk finalçısının adına aydınlıq gətirilib.

Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Fənərbağça” doğma meydanda “Trabzonspor”u qəbul edib. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə Trabzon təmsilçisinin qollarını Aleksandr Sorlot (6, 83) və Filip Novak vurub. İstanbul klubunun heyətində isə Dəniz Turuc (42) fərqlənib. Birinci matçda da 2:1 hesabı ilə qalib gələn “Trabzonspor” finala yüksəlib.

“Trabzonspor” finalda “Alanyaspor” – “Antalyaspor” cütlüyünün qalibi ilə qarşılaşacaq.

Check Also

“Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq” – “Beşiktaş”ın prezidenti

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var”. Boyukmillet.comun xəbərinə görə, bu sözləri …