Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəməyib

ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb.

“Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz son şeydir”, – Amerika lideri vurğulayıb.

Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif edib.

ABŞ prezidenti İran ətrafında yaranmış hazırkı vəziyyətdə Avropanın kömək edə biləcəyinə şübhə ilə yanaşaraq Tehranın Brüssellə deyil, Vaşinqtonla danışıqlar aparmaq istədiyini bildirib. Ağ Evin sahibi Böyük Britaniya, Almaniya, Fransa və İran rəsmiləri arasında Cenevrədə aparılan danışıqlar barədə deyib:

“İran Avropa ilə danışmaq istəmir. Onlar (İran hakimiyyəti -Qeyd) bizimlə danışmaq istəyir. Avropa bu işdə kömək edə bilməyəcək”.

Check Also

Tramp Rusiyanı sərt tariflərlə hədələyib

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə …