Çərşənbə , 22 Yanvar 2025
Drone Cameras

Trampdan yeni Suriya bəyanatı

Suriyadakı son vəziyyətlə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Suriya öz öhdəsindən gəlməlidir.

Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ və Fransanın fərqli prioritetlərinin olduğunu bildirib.

Fransaya səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını deyən Donald Tramp, onların prioritetlərinin Rusiya-Ukrayna cəbhəsi olduğunu bildirib. 

“Bizim prioritetimiz bu problemi həll etməkdir. Bu iki ölkə inanılmaz insan itkiləri yaşayır. Yüz minlərlə əsgər öldürülür. Yaxın Şərq də önəmlidir, lakin Ukrayna və Rusiya idarə olunması daha çətin vəziyyətdədir”,- deyə o, bildirib.

Suriyadakı son vəziyyətlə bağlı isə Tramp, “Suriya bərbad vəziyyətdədir və bizim dostumuz deyil. ABŞ qətiyyən işə qarışmamalıdır. Suriya bizim problemimiz deyil” deyib.

Check Also

Tramp kampaniyası zamanı verdiyi vədləri sürətlə həll edəcəyini deyir

“Baydenin hər bir radikal və axmaq icra sərəncamı andiçməmdən bir neçə saat sonra ləğv ediləcək” …