Cümə , 31 Mart 2023

Türkiyə-Gürcüstan sərhədində nəzarət gücləndirildi

Türkiyədən Gürcüstana daxil olan TIR sürücüləri pasport nəzarətindən keçiriləcək.

Boyukmillet.com xəbər verir ki bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

Bu barədə qərar koronavirus təhlükəsinin qarşısının alınması məqsədi ilə qəbul olunub.

Məlumatda vurğulanıb ki, son 21 gün ərzində Çin, İran, Cənubi Koreya və İtaliyaya səyahətə dair pasportlarında viza olan şəxslərin Gürcüstana daxil olmalarına icazə verilmir.

Qeyd edək ki, Türkiyə vətəndaşları Gürcüstan ərazisinə şəxsiyyət vəsiqəsi ilə daxil ola bilirlər. 

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …