Şənbə , 24 Yanvar 2026
Drone Cameras

Türkiyə ilk dəfə Aİ və NATO üzvünə hərbi gəmi satdı

Boyukmillet.com xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti ASFAT Rumıniya Hərbi Dəniz Qüvvələrinə “Akhisar” tipli döyüş gəmisini rəsmi olaraq təhvil verib.

Bu satış Türkiyənin tarixində ilk dəfə olaraq həm Avropa İttifaqı, həm də NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixracı kimi qeydə alınıb.

Rəsmi məlumatda bildirilir ki, sövdələşmə iki ölkə arasında müdafiə əməkdaşlığının güclənməsində mühüm mərhələ hesab olunur və Türkiyənin müdafiə sənayesinin beynəlxalq arenada artan rolunu bir daha göstərir.

Türkiyə və Rumıniya arasında hərbi-texniki tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir. 

Check Also

Rusiyanın MDB ölkələrinə yeni informasiya hücumu

Moskva çat verən Birlik məkanında media əməkdaşlığından bəhs etsə də, onun arxasında daha geniş və …