Bazar ertəsi , 19 Yanvar 2026
Drone Cameras

Türkiyə İrana uçuşları DAYANDIRDI

“Türk Hava Yolları” (THY) 13 gündür etirazların davam etdiyi İranın paytaxtı Tehrana cümə günü 5 reysi ləğv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabia” agentliyinin İstanbul Hava Limanına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran aviaşirkətləri tərəfindən icra olunan daha 5 reys də ləğv edilib. Bununla yanaşı, 7 reys hələlik cədvəldə saxlanılır.

Türkiyə rəsmiləri İranda baş verən etirazlarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

“Flight Radar” ixtisaslaşmış saytının məlumatlarına görə, cümə axşamı axşamı Şiraza uçan “Türk Hava Yolları”na məxsus təyyarə və Məşhədə uçan “Pegasus” təyyarəsi İran hava məkanından geri qayıdıb.

Check Also

Xamenei İranda son etirazlar zamanı minlərlə insanın öldüyünü təsdiqləyib

İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün, yanvarın 17-də çıxışında kütləvi etirazlar zamanı …