Bazar ertəsi , 2 Oktyabr 2023

Türkiyə iyulun 1-dən etibarən Bosfor və Dardanel boğazlarından keçid haqqını artıracaq

İyulun 1-dən Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib ki, “Montrö Boğazları haqqında Konvensiya”ya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.

Məqalədə qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.

Check Also

Fransa Ermənistanda müdafiə missiyası açıb – Lekornu

Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir. Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində …