Çərşənbə , 8 Dekabr 2021
Home » Region » Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirib

Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, MİT Metina məntəqəsində iki əməliyyat gerçəkləşdirib.

Əməliyyat nəticəsində bölgədə təhlükəsizlik qüvvələrinə hücuma hazırlaşan PKK-nın 5 terrorçusu zərərsizləşdirilib.

Qeyd edilir ki, Türkiyə kəşfiyyat xidmətləri İraqın şimalında əməliyyatlarını davam etdirir.

Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Check Also

Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Tbilisidəki büstü ziyarət olunub. Boyukmillet.com …