Bazar ertəsi , 2 Oktyabr 2023

Türkiyə prezidenti: “Azərbaycanla ortaq gələcəyimizi birgə quracağıq”

“Qarabağın yenidən Azərbaycan yurdu halına gəlməsi ilə hamısını rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadənin, Ənvər paşanın, Nuri paşanın, Zeynalabidin Tağıyevin, Hüseyn Cavidin, Əhməd Cavadın, Heydər Əliyevin ruhu şad olub”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Azərbaycanlı qardaşlarımızın sevinci sevincimiz, qürurları qürurumuzdur. Bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq”, – o vurğulayıb.

Check Also

Xankəndidə radio-televiziya yayımı təmin olunur

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı …