Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb

İndiyə qədər Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2 milyard ABŞ dolları dəyərində iş görüb.

Boyukmillet.com xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bildirib.

“Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, bütün sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, məqsədimiz ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Azərbaycan iqtisadiyyatı MDB bazarına açılan qapıdır”, – deyə o əlavə edib.

Check Also

Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb

Bu gün Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi Bakı …