Cümə axşamı , 29 İyul 2021
Home » Qarabağ » Qarabağ » Türkiyə və Azərbaycan istehkamçıları birgə təlimlər keçiriblər

Türkiyə və Azərbaycan istehkamçıları birgə təlimlər keçiriblər

Müdafiə Nazirliyi Cəbrayıl rayonuna mediatur təşkil edib.

Boyukmillet.com xəbər verir ki, məqsəd Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis istehkamçılarının işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları ilə tanışlıq olub.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov jurnalistlərə bildirib ki, media nümayəndələrinə ərazidə daha dəqiq, təhlükəsiz informasiya hazırlamaq və çəkilişlər etmək üçün bütün lazımi tədbirlər görülüb: “Mediatur zamanı jurnalistlərin daha dolğun və ətraflı məlumat əldə etmələri, daha dəqiq və təhlükəsiz çəkilişlər aparmaları üçün ərazidə əvvəlcədən xüsusi keçid dəhlizləri hazırlanıb. Media nümayəndələri bu dəhliz vasitəsilə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirlməsi prosesini yaxından izləyə biləcək və daha dəqiq çəkilişlər edəcəklər”.

O deyib ki, Türkiyə Silahlı Qüvvələrinin mühəndis istehkamçıları işğaldan azad olunan ərazilərdə Türkiyənin minatəmizləmə metodundan istifadə edirlər: “Ərazilərin minadan təmizlənməsi sahəsində Türkiyə metodlarının xüsusi yeri var. Buna görə də Azərbaycan ərazilərində bu metoddan istifadə edilir. Türkiyə metodunda mühəndis istehkamçı ərazidə 20 dəqiqə fəaliyyət göstərir və onun yarım qalan işini növbəti 20 dəqiqə ərzində digər həmkarı davam etdirir”.

Check Also

Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 …