Çərşənbə , 5 Oktyabr 2022
Home » Region » Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsi ilə bağlı ABŞ-dan açıqlama tələb edib

Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsi ilə bağlı ABŞ-dan açıqlama tələb edib

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, noyabr ayından bəri 4, son 1 həftədə isə 3 müsəlmanın öldürülməsi şübhə doğurur və bu, Türkiyənin narahatlığına səbəb olur.

Rəsmi Ankara hadisəni törədənlərin ən qısa zamanda tapılmasının və ədalət qarşısına çıxarılmasının vacibliyini qeyd edib.

Türkiyə XİN qətlə yetirilən müsəlmanların yaxınlarına başsağlığı verib.

Check Also

Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə …