Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial media hesabında yazıb.
Nazirin sözlərinə görə, 42 vilayətdə ümumilikdə 169 şübhəli saxlanılıb.
Əməliyyat nəticəsində bir sıra silah-sursat, eləcə də çoxlu sayda sənəd və rəqəmsal material ələ keçirilib.