Bazar ertəsi , 12 Aprel 2021
Home » Region » Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Türkiyədə hərbçilərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu baradə Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Şırnak-Cizrə magistral yolunun 25-ci kilometrliyində olub. Hərbçiləri daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 11 hərbçi xəsarət alıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.

Check Also

İrəvanda aksiya – itkinlərin valideynləri Paşinyanla görüş tələb edir

Qarabağ döyüşlərində itkin düşmüş valideynlər növbəti dəfə Ermənistan hökumətinin binası qarşısına toplaşıb. Boyukmillet.com bununla bağlı …