Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Türkiyədə İmamoğlunun həbsi ilə bağlı keçirilən qanunsuz aksiyalarda 343 şəxs saxlanılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ölkədə keçirilən qanunsuz aksiyalarda 343 şəxs saxlanılıb.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir deyib ki, dünən gecə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə baş verən etiraz aksiyalarında iştirak edən 343 şübhəli tutulub:

“İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək”.

Qeyd edək ki, İstanbul Böyük Bələdiyyə sədri Əkrəm İmamoğlu və daha 105 nəfər saxlanılıb. Onlar bir çox maliyyə cinayətlərində təqsirləndirilirlər. 

Check Also

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb

İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb. Boyukmillet.com xəbər verir …