Şənbə , 13 Avqust 2022
Home » Region » Türkiyədə partlayışlar törətməyi planlaşdıran İŞİD terrorçusu saxlanıldı

Türkiyədə partlayışlar törətməyi planlaşdıran İŞİD terrorçusu saxlanıldı

Türkiyənin şimal-qərbindəki Yalova əyalətində xüsusi antiterror əməliyyatı keçirilib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tvitterdəki hesabında bildirib.

Məlumata görə, əməliyyat nəticəsində ölkədə partlayışlar törətməyi planlaşdıran İŞİD silahlısı saxlanılıb.

“Yalovadakı əməliyyat uğurla başa çatdı. Yalova Polis İdarəsinin Terrorla mübarizə şöbəsini və prokurorluğun əməkdaşlarını təbrik edirəm”, – deyə nazir yazıb.

Check Also

Ukraynada daha 2 azərbaycanlı həlak olub

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül …