Çərşənbə axşamı , 21 Mart 2023

Türkiyədə sərnişin avtobusu aşıb, onlarla insan yaralanıb

Türkiyənin Diyarbəkirdə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, qəzaya qar yağması səbəbindən yolun buzlu olması səbəb olub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb olunub və yaralılar hadisə yerindən təxliyə edilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.

Check Also

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …