Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub.

Boyukmillet.com xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, 34 nəfər isə təxliyə edilib.

Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib.

Məlumata görə, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq sürüşməsi olub, kənd yolları bağlanıb.

Samsunda isə yağış Terme və Salipazarı rayonlarında daşqınlara səbəb olub.

Hazırda təbii fəlakətin təsirlərinin aradan qaldırılması istiqamətində işlər görülür.

Check Also

Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən …