Bazar ertəsi , 2 Oktyabr 2023

Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq

Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd elətdirmək niyyətindədir.

Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb. Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, – “Hurriyet” qəzeti nazirdən sitat gətirib.

Check Also

Xankəndidə radio-televiziya yayımı təmin olunur

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı …