Cümə , 20 İyun 2025
Drone Cameras

Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyədə 25 mərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Diyarbəkir əyalətində qeydə alınıb. Yenişehir rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər xilasedicilər və polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Xəsarət alan daha 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Yanğın nəzarət altına alınıb.

Check Also

İran İsrailə zərbələrin dayandırılması üçün şərtləri açıqlayıb

İranın zərbələri yalnız İsrail “cəzalandırıldıqda” və respublikaya təzminat ödədikdə dayandırılacaq. Boyukmillet.com IRNA agentliyinə istinadən xəbər …