Bazar ertəsi , 12 Aprel 2021
Home » Siyasət » Türkiyəli millət vəkilləri Azərbaycana və Şimali Kiprə səfər edəcəklər

Türkiyəli millət vəkilləri Azərbaycana və Şimali Kiprə səfər edəcəklər

TBMM Xarici işlər komissiyasının rəhbəri, AK Parti İstanbul millət vəkili Akif Çağatay Kılıç komissiya üzvləri ilə birlikdə Şimali Kiprə səfər edib, gələn həftə isə Azərbaycanı ziyarət edəcək.

Boyukmillet.com xəbər verir ki, Anadolu Agentliyinə hər iki ölkəyə səfər proqramı barədə məlumat verən Kılıc Şimali Kiprdə Xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazir Ersan Saner, Meclis Başkanı Önder Sennaroğlu və Prezident Ersin Tatarla görüşəcəklərini bildirib. 

Eyni zamanda o, Avrupa Parlamenti və  qurumlarında vəzifəli ŞKTC millət vəkillərilə də bir araya gələcəklərini bildirib, təmaslarını Kapalı Maraş bölgəsini ziyarət etməklə tamamlayacaqlarını söyləyib.

Pandemiya səbəbindən bir çox  görüşlərini videoformatda gerçəkləşdirdiklərini bildirən Kılıç deyib ki, gündəm mövzularından biri COVID-19-la mücadilə olacaq: 

“Digər tərəfdən, ŞKTC vətəndaşlarının haqları, Şimali Kiprin beynəlxalq aləmdə hüquqları da əsas mövzular sırasında olacaq”.

Check Also

Prezident indiki XİN rəhbəri və keçmiş nazirlərlə fikir mübadiləsi apardı

Şimali Kipr Türk Cümhuriyyəti Prezident Adminstrasiyasının sözçüsü Dr. Berna Çelik Doğruyol Prezident Ersin Tatarın Cenevrədə …