Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılması ilə bağlı danışıb

İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daxil olmaqla 106 nəfər cinayət məsuliyətinə cəlb olunub.

Boyukmillet.com-un “Haber Global”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfər barəsində həbs qətimkan tədbiri seçilib:

“Terror cinayətləri bürosunun apardığı istintaqda, aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında həbs qərarı var. Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən daha bir araşdırma aparılır. Bu çərçivədə aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir”.

Check Also

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb

İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb. Boyukmillet.com xəbər verir …