Şənbə , 14 Sentyabr 2024
Drone Cameras

Türkiyənin aerokosmik şirkətinin nümayəndəliyi nizamnamə kapitalını 3 dəfə azaldır

“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti”nə məxsus “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalını 1 milyon dollar və yaxud 3 dəfə azaldır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin kapitalı 1,5 milyon ABŞ dollarından 500 milyon ABŞ dollarına endiriləcək.

Kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhər, Yasamal rayonu, H.Cavid prospekti, ev 25 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Turkish Aerospace Azerbaijan” bu il dövlət qeydiyyatına alınıb.

Check Also

DGK vətəndaşa göndərilən “mükafat”ın gömrük ödənişlərinə cəlb olunmasına münasibət bildirib

Azərbaycan vətəndaşı beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrük …