Şənbə , 25 Sentyabr 2021
Home » Region » Türkiyənin Bodrum şəhərində meşə yanğını söndürülüb

Türkiyənin Bodrum şəhərində meşə yanğını söndürülüb

Türkiyənin Egey regonunun Bodrum kurort şəhəri ərazisində baş vermiş meşə yanğını söndürülüb. Təxliyə edilən bütün turistlər öz mehmanxanalarına qayıdıblar.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Əhməd Aras bildirib.

“İndi Bodrumda yanğınlar yoxdur, yanğınların hamısı söndürülüb, mehmanxanalarla bağlı heç bir problem yoxdur. Amma bizim çox gözəl meşəmizin böyük ərazisi yandı”, – o deyib.

Aras həmçinin əlavə edib ki, bundan sonra Güvercinlikdə də yanğın söndürülüb, turistlər mehmanxanalara qayıtmağa başlayıblar. Kurort hakimiyyəti Bodrumda dincələn üç ölkənin – Rusiya, Ukrayna, Almaniyanın konsulluqları ilə daimi əlaqədədir.

Məmur qeyd edib ki, Bodrumda yanğın zamanı heç kim zərər çəkməyib.

Onun sözlərinə görə, qonşu Marmarisdə yanğın hələ davam edir. Dünən Manaqvat əyalətinin ardınca Antalyada – Bodrumda, həmçinin Adanada, Kayseridə və Mersində meşə yanğınları başlayıb.

Check Also

Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya …