Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Türkiyənin Dilucu gömrük məntəqəsində sıxlıq yaranıb 

Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, buna səbəb isə Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşmasıdır. Belə ki, qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib və qərar iyulun 10-dan qüvvəyə minəcək. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək ölkəyə giriş-çıxış ediblər. Onlar xaricdən aldıqları telefonları qeydiyyata salmaq üçün bu addımı atıblar və gömrükdə bəyan ediblər. Əks təqdirdə, telefonların qeydiyyatı onlar üçün daha baha qiymətə qeydiyyat olunacaq.

Check Also

Baydenin oğlunun vergidən yayınması ilə bağlı məhkəməsi sentyabrın 9-da başlayacaq

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınması …