Bazar ertəsi , 26 Avqust 2019
Home » Cəmiyyət » Türkiyənin hərbi əməliyyat mesajı Qərbi hərəkətə gətirdi – terrorçulara göndərilən yeni silahlar İraqdan Suriyaya keçirildi

Türkiyənin hərbi əməliyyat mesajı Qərbi hərəkətə gətirdi – terrorçulara göndərilən yeni silahlar İraqdan Suriyaya keçirildi

Başda ABŞ olmaqla Qərb ölkələri, Türkiyənin Firatın şərqinə girəcəyini açıqlamasından sonra kürd YPG-yə silah yardımına başlayıb. Baki-xeber.com Sputnik-ə istinadən xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA ABŞ-ın İraqdan, Suriyanın Haseke əyalətindəki Qamışlı şəhərinə silah və sursatla dolu onlarla avtomobil göndərdiyini yazıb.

Xəbərdə yüklərin İraqın şimal hissəsində Simalka adlı keçiddən Qamışlı şəhərinə keçdiyi bildirilir. Silahların terror təşkilatı YPG/PKK liderlik etdiyi DSQ-yə dəstək məqsədilə göndərildiyi deyilir.

Beynəlxalq koalisiya qüvvələrinin, böyük miqdarda silah və sursat daşıyan 200 böyük yük maşınını Qamışlı şəhərinə keçirdiyi bildirilir.

Avqustun 3-də ABŞ, terror təşkilatı YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrini dəstəkləmək üçün yenidən silah sursat göndərmişdi. Suriyanın şimalından daxil olduğu bildirilən 300 avtomobildən ibarət karvana yük maşını və yanacaq tankerlərinin daxil olduğu bildirilir.

Check Also

“Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?” – VİDEOMÜSAHİBƏ

Avqustun 23-də pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib. Mərasim R.Atakişiyevin yaşadığı binanın həyətində (Bakı şəhəri, …