Cümə , 12 Avqust 2022
Home » Region » Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Boyukmillet.com xəbər verir ki, bunu baş konsul Mehmet Küçüksakallı öz “Twitter” səhifəsində yazıb.

M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.

Check Also

Ukraynada daha 2 azərbaycanlı həlak olub

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül …