Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Region » Türkiyənin sabiq xarici işlər naziri vəfat edib

Türkiyənin sabiq xarici işlər naziri vəfat edib

Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, İ.Türkmen 1927-ci ildə İstanbulda anadan olub. O, 1949-1991-ci illərdə müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Saim Bülend Ulusunun dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 1983-cü ildə Türkiyənin BMT-nin Cenevrədəki, 1985-ci ildə Nyu-Yorkdakı ofisində daimi nümayəndəsi olub. Yunanıstan, keçmiş SSRİ, Fransa və s. ölkələrdə səfir kimi fəaliyyət göstərib. Eyni zamanda 1991-1996-cı illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışıb.

Check Also

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib. Boyukmillet.com xarici KİV-ə istinadən bildirir ki, həmin …