Bazar ertəsi , 25 Sentyabr 2023

Türkiyənin vitse-prezidenti: “Bu gün yeni tarixin başlanğıc günüdür”

“Bu gün Türkiyənin yerləşdiyi regionun və dünyanın sabitliyinə yenidən töhfə verə biləcəyi başlanğıc tarixidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mayın 28-də prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, arxayınlaşmaq olmaz: “Xüsusi vurğuladığımız məsələlərdən biri də zəfər sərxoşluğudur. İlk tura nisbətən indi proses daha sürətli davam edir. Ümid edirəm ki, seçici fəallığı da yüksək olacaq”.

F.Oktay seçiciləri səsvermədə fəal iştiraka çağırıb: “Bu, bizim vətəndaşlıq borcumuzdur. Çünki qarşıda uzun 5 il var. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıram”.

Check Also

İran kəşfiyyatı Tehranda 30 terror aktının qarşısını alıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusun kəşfiyyat xidmətləri Tehranda 30 partlayışın qarşısını alıb. Boyukmillet.com xəbər verir …